Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

"Unikal" xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17:00-a qədər respublika üzrə 2 172 087 nəfər səs verib, seçici fəallığı 33,82 faiz olub.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 19:00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

***

15:40

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

“Unikal” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyə qədər seçicilərin 29,49 faizi (1 milyon 893 min 555 nəfər) səsvermə hüququndan istifadə edib. O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
 
***

12:27

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

“Unikal” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522) səsvermə hüququndan istifadə edib.

O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.

***

10:51

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

“Unikal” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.