Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 38,76 %
119 saylı Ağdam – 38%
120 saylı Cəbrayıl-Qubadlı – 46,89 %
121 saylı Laçın – 39,93 %
122 saylı Xankəndi – 49,48 %
123 saylı Kəlbəcər – 36,28%
124 saylı Şuşa-Ağdam-Xocavənd – 44,36 %
125 saylı Zəngilan-Qubadlı – 43,7%
*** 15:51
Növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, 118 saylı Ağdam-Xocalı – 34.27faiz, 119 saylı Ağdam - 34.12faiz, 120 saylı Cəbrayıl-Qubadlı – 40.3 faiz, 121 saylı Laçın – 33.78 faiz, 122 saylı Xankəndi – 42.75 faiz, 123 saylı Kəlbəcər – 32.3 faiz, 124 saylı Şuşa-Ağdam-Xocavənd – 36.39 faiz, 125 saylı Zəngilan-Qubadlı – 39.73 faiz seçici səs verib.
***11:12
Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 10:00-a olan seçici fəallığı məlum olub.
"Unikal"ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 12,6 %
119 saylı Ağdam – 13,63%
120 saylı Cəbrayıl-Qubadlı - 9.85%
121 saylı Laçın -13%
122 saylı Xankəndi -17,54%
123 saylı Kəlbəcər -8,25 %
124 saylı Şuşa-Ağdam-Xocavənd - 13.43%
125 saylı Zəngilan-Qubadlı - 11,4 %.