Milli Məclisə seçkilər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində də davam edir.
"Unikal" xəbər verir ki, Sabunçu rayon 29 saylı seçki dairəsinin 41 saylı seçki məntəqəsində xanım məhkumlar səs verirlər.
41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov bildirib ki, burada 545 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 205 məhkum səs verib.
Müxbir: Anar Kəlbiyev
Fotolar: Ayxan Məlikov