Bu gün ölkəmizin bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkilərində Ağstafa rayonunun ən yaşlı seçicisi Kolaxəlfəli kənd sakini, 101 yaşlı Cəfərova Mahu Vəli qızı səsvermə hüququndan istifadə edərək səs verib.
"Unikal" xəbər verir ki, daşınan seçki qutusu ən yaşlı seçicinin yaşadığı ünvana çatdırılıb. Həmçinin rayonun ən gənc seçicisi Dağ Kəsəmən kənd sakini, Bəndiyev Akşin Rafiq oğlu da 108 saylı Ağstafa seçki dairəsi üzrə 38 saylı seçki məntəqəsinə gələrək ilk dəfə olaraq səsvermə hüququndan istifadə edib.
***14:46
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin dairə seçki komissiyasının 43 saylı məntəqəsində daşınan qutu vasitəsilə 9 nəfər səs vermədə iştirak edib.
"Unikal" xəbər verir ki, onlar arasında ən yaşlı seçici Goranboy rayonunun Düzqışlaq kənd sakinidir. 1920-ci il təvəllüdlü Alya Musayeva üçün daşınan qutu məntəqə üzvü tərəfindən onun yaşadığı evə gətirilib. O, istədiyi namizədə səs verib.
Bununla da Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi təmin olunub.
Bundan başqa, 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızı da səsvermə hüququndan istifadə edib.