Növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə məlum olub.
"Unikal" xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 49,48 % olub.
Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 16,14 (8 min 106 nəfər) faizdir.