Xırdalan şəhər sakini olan 92 yaşlı seçici növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
"Unikal" xəbər verir ki, 1932-ci il təvəllüdlü Əliyev Lətif Cabbar oğlu 49 saylı Abşeron ikinci seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Səs verməsi üçün yaşadığı evə daşınan seçki qutusunun aparılması təklif olunsa da, 92 yaşlı seçici buna razı olmayıb.
O, məhz məntəqəyə gedərək səsvermə hüququndan istifadə etmək istədiyini bildirib.
“Uğrunda əsgərlərimizin qarış-qarış vuruşub qan tökdüyü Vətən torpağının bütövlüyü bərpa olunandan bəri ilk dəfə keçirilən parlament seçkilərində özüm gəlib iştirak etməliydim. Bunu özümə borc bilirəm”, - L.Əliyev söyləyib.