Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
"Unikal"ın məlumatına görə, 101 saylı Samux-Şəmkir seçki dairəsindən Mübariz Qurbanlı 60 faiz səslə öndə gedir.
M.Qurbanlı 2014-cü ildən 2024-cü ilin fevral ayına qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. O, birinci, ikinci, üçüncü və dördüncü çağırış MM-in deputatı olub.
Eyni zamanda bu seçkidə onun müavini olmuş Səyyad Salahlı (Səyyad Aran) daöz dairəsində 52 faiz səslə irəlidədir.
Hakim Yeni Azərbaycan Partiyası onun namizədliyini 82 saylı İmişli-Saatlı seçki dairəsindən irəli sürmüşdü. Səyyad Aran iki dəfə - 1995 və 2000-ci il parlamen seçkilərində deputat seçilib. 2006-2010-cu illərdə İstanbulda baş konsul olub.
S.Aran 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədrinin birinci müavini idi.
Anar Kəlbiyev