"Ümumilikdə seçkilərin uğurlu keçirilməsi üçün 40 minə yaxın əməkdaş xüsusi təlimlərdə iştirak edib".
"Unikal" xəbər verir ki, bunu, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndəsi Leonid Anfimov mətbuat konfransında bildirib.
O bildirib ki, missiyanın üzvləri Mərkəzi Seçki Komissiyasında seçkilərin açıq şəkildə keçirilməsini müşahidə ediblər və missiyanın rəyinə əsasən seçkilərin şəffaf keçirilməsi üçün bütün lazımı tədbirlər görülüb.