Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
"Unikal" Ali Məclis seçkilərində öndə olan ən yaşlı və ən gənc deputatları təqdim edir.
Belə ki, 36 saylı Badamlı qəsəbə seçki dairəsindən Ramiz Məmmədov 68.53 faiz səslə öndədir. Hazırda 70 yaşı olan Ramiz Məmmədov ən yaşlı deputatdır.
32 saylı Naxçıvan şəhər seçki dairəsindən Əziz Qasımov 57.89 faiz səslə irəlidədir. 28 yaşı olan Ə.Qasımov ən gənc deputatdır.