Xəbər verdiyimiz kimi, Azərbaycanda bütün seçki məntəqələri protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib, lider namizədlər müəyyənləşib.
"Unikal"ın məlumatına görə, lider namizədlərdən biri 51 saylı Şirvan seçki dairəsindən 12 min 629 səslə (67,3 faiz) Heydər Əsədovdur. H.Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru idi. O, 2019-cu ildə bu vəzifəyə təyin olunmuşdu.
H.Əsədov 2007-2013-cü illərdə Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə isə lider namizədlərdən biri Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzovdur. O, 7 saylı Xanlıqlar seçki dairəsindən 63,09 faiz səslə öndədir.
A.Novruzov 2020-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun rektorudur.
Anar Kəlbiyev