Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.

"Unikal"ın məlumatına görə, 45 seçki dairəsi üzrə qalib gələn namizədlərdən 16 nəfəri xanımdır.

Onlar Rüstəmova Gülşad Qəzənfər qızı, Quliyeva Zeynəb Kərim qızı, Nəcəfsoy Pərvin Vidadi qızı, Babayeva Aynur Arif qızı, Hacıyeva Sevil Məhəmmədəli qızı, Həsənova Sevinc Nəsrəddin qızı, Orucova Xəzəngül Yunis qızı, Allahverdiyeva Həbibə Rəşad qızı, Bayramova Ülkər İmamqulu qızı, Əliyeva Nuray Yadigar qızı, Məmmədova Xumar Şəmsi qızı, Babayeva Təhminə Adil qızı, Əhmədova Şəhla Hüseyn qızı, Dünyamalıyeva Aysel Məmməd qızı, Tarverdiyeva Gülxarə Budaq qızı və Əhmədova Gülxarə Manaf qızıdır.

Xatırladaq ki, 34 saylı Şahbuz şəhər seçki dairəsindən deputat seçilən Gülşad Rüstəmova ən yüksək (75,28%) səs toplayıb. Tibbi bacısı işləyən G.Rüstəmova Vətən müharibəsi şəhidi Emin Sadiqovun anasıdır.

Anar Kəlbiyev