Kriminal qruplaşmaların sayı artır
20:52 21-06-2013
CƏMİYYƏT
Kriminal qruplaşmaların sayı artır
Bunun səbəbləri müxtəlifdir
Bakı şəhərinin Nəsimi rayonu ərazisində poçt şöbəsinə silahlı basqın edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Azərpoçt MMC-nin 1 saylı filialının Dilarə Əliyeva küçəsində yerləşən 10 saylı poçt şöbəsinə 2 nəfər naməlum şəxs silahlı basqın edib. Üzünü tibb ağızlığı ilə tutmuş həmin şəxslər qəfil poçt şöbəsinə daxil olublar və silahı orada işləyən 2 qadının üstünə tutublar.
Həmin şəxslər poçt işçilərindən pul tələb ediblər. Qadınlar qorxudan qışqırmağa başlayıblar. Bunu görən silahlı basqınçılar başqa şəxslərin gəldiyini görərək qaçmağa məcbur olublar.Faktla əlaqədar Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə iş başlanılıb. Hazırda silahlı basqınçıların yaxalanaraq istintaqa verilməsi istiqamətində iş aparılır.Məlum kriminal xəbərdə diqqəti cəlb edən ilk nüans basqınçıların silahdan istifadə etməsidir. Aparılan araşdırmalar göstərir ki, son bir neçə il ərzində odlu silahdan istifadə edərək basqın törətmələrin sayı kifayət qədər artıb. Bu isə əsas verir deyək ki, ölkədə kriminal qruplaşmaların sayı kifayət qədər artıb. Belə olan halda maraqlı suallar ortaya çıxır, kriminal qruplaşmaların sayının artması nə ilə bağlıdır və odlu silahlardan istifadənin səbəbi nədir? Ekspertlər hesab edir ki, odlu silahlardan istifadənin sayının artması artıq kriminal qruplaşmaların sayının artmasını təsdiqləyən amildir. Düzdür öncələrdə odlu silahlardan istifadə edilirdi. Amma bu silahlar sadəcə ov tüfəngləri idi və bu təşkil olunmuş qruplaşmalar mənasını vermirdi. Hazırda isə daha çox sənədsiz, naqanlardan istifadə edilir ki, buda peşəkar cinayətkar qruplaşmaların mövcudluğuna dəlalət edir. Bunun səbəbini isə ekspertlər belə izah edir ki, son iki il ərzində Rusiyada cinayətkar aləmin aparıcı simalarına qarşı mübarizə başlayıb və xeyli sayda hətta qanuni oğru belə qətlə yetirilib. Rusiyada qalmağın artıq çətin olduğunu görən bu qruplaşmalar məhz Azərbaycana üz tutur. Çünki Azərbaycanda kifayət qədər oliqarx,sahibkar var ki, buda cinayətkarların işinə yarayır. Başqa bir tərəfdən isə bildirilir ki, son zamanlar Azərbaycanda sahibkarlar aralarında problem yarananda bu problemi məhkəmələr yolu ilə yox, məhz cinayətkar qruplar vasitəsi ilə həyata keçirirlər ki, buda nəticədə bu qruplaşmaların Azərbaycana marağını artırır. Son iki ildə üç bu tipli cinayətin baş verməsini də unutmaq olmaz. Bundan başqa Azərbaycanda bu tip qrupların sayının artmasının başqa bir səbəbi də Gürcüstanla bağlıdır. Belə ki, Gürcüstanda qanuni oğru adlanan şəxslər qanunla dərhal həbs olunmalıdır. Bundan başqa Gürcüstanda qrup şəkilində fəaliyyət göstərən cinayətkarlara qarşı da çox sərt addımlar atılır. Rusiya ilə əlaqələri pis olan Gürcüstanın cinayətkar vətəndaşları nəticədə Azərbaycana üz tutmalı olur. Elə son sifarişli qətllərdə də aydın oldu ki, məhz Gürcüstan vətəndaşlarından istifadə olunub. Psixoloq Günel Paşayeva isə hesab edir ki, adətən belə qruplaşmalar cəmiyyətin aqressivləşdiyi zamanlarda ortaya çıxır:-“Cəmiyyətdə aqressivlik nə qədər çox artırsa insanlar bir o qədər münasibətləri soyudur və daha asan üsulla gəlir əldə etməyə meyillənirlər. Bu isə nəticədə kriminal qrupların yaranmasına gətirib çıxarır. Bundan başqa müşahidə edirsinizsə bu arada intihar və zorlanma hallarıda kifayət qədər artıb. Bunun özüdə cəmiyyətin aqressivləşməsindən xəbər verir”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04