Bir müddətdir xərçənglə mübarizə aparan türkiyəli dizayner və təşkilatçı Erkan Özerman dünyasını dəyişib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada 86 yaşında vəfat edib. 

Qeyd edək ki, “Best Model of Turkey” yarışmasının Qurucu prezidenti, prodüser, təşkilatçı və menecer Erkan Özerman 2022-ci ikdən etibarən xərçənglə mübarizəyə başlayıb. 

O, daha öncə qonaq olduğu verilişdə xəstəliyini təsadüfən öyrəndiyini bildirərək “Ömrümün sonunu yaşayıram” deyib. 

Fidan Nuriyeva