Milli Şuranın vahid namizədi olmasa...
20:54 21-06-2013
CƏMİYYƏT
Milli Şuranın vahid namizədi olmasa...
Milli Şuranın vahid namizədinin Müsavat başqanı İsa Qəmbər olacağı ilə bağlı fikirlər səsləndirilsə də, Müsavat Partiyasından bu fikirlərin əsassız olduğu bildirilib.
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə açıqlamasında deyib ki, İsa Qəmbər Milli Şuranın vahid namizədi olacağı ilə bağlı fikir səsləndirməyib: "Mən İsa Qəmbərin verdiyi bəyanatı əsas götürürəm. İsa Qəmbər özü dedi ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olmalıdır. Bundan başqa mətbuatda yayılan fərziyyələr, ehtimallar, kiminsə təxminləri əsassızdır. Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına İsa Qəmbər özü razılıq verib".
Lakin Əlisoy Rüstəm İbrahimbəyovun vahid namizəd olması üçün onun Azərbaycanda olmasının vacibliyini vurğulayıb: "Təbii ki, qiyabi olaraq vahid namizəd seçilməyəcək. Vahid namizəd Azərbaycanda olmalıdır. Mən də hesab edirəm ki, Rüstəm İbrahimbəyov belə çox məsuliyyətli bir yükün altına giribdirsə, iddiası varsa, Azərbaycana gəlməlidir. Bu ciddi söhbətdir, zarafat, oyun deyil".
Bununla yanaşı, Əlisoy Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi halda İsa Qəmbərin də namizədliyini istisna etmir: "Təbii ki, İsa Qəmbər də məqsədəuyğun namizəd olardı, ancaq bu, Milli Şurada həll olunmalı bir məsələdir".
Əlisoy hesab edir ki, Milli Şura vahid namizədi müəyyən edə bilməsə, təşkilatın bir mənası olmayacaq: "Milli Şuranın vahid namizədi mütləq olmalıdır, əgər olmasa Milli Şuranın bir anlamı olmayacaq".
Milli Şurada təmsil olunan Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da təmsil etdiyi partiyanın Rüstəm İbrahimbəyovu dəstəklədiyini diqqətə çatdırıb.
Temirxan açıqlamasında bildirib ki, bu gün Milli Şuranın prezidentliyə ən optimal namizədi Rüstəm İbrahimbəyovdur: "ALP lideri Lalə Şövkətin vahid namizədlik iddiasından əl çəkməsi təsadüfi deyil. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olacaq".
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə İsa Qəmbərin namizədliyini məqsədəuyğun sayır. Hüseyn Trend-ə açıqlamasında bildirib ki, hazırda aparılan müzakirələrdə Milli Şuradan prezidentliyə namizəd kimi daha çox Rüstəm İbrahimbəyovun adı çəkilsə də, o, İsa Qəmbərin namizədliyini müdafiə edəcək.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hesab edir ki, Rüstəm İbrahimbəyov ümumiyyətlə Azərbaycana gəlməyəcək.
Əliyev bildirib ki, əvvəla, ona görə ki, Rüstəm İbrahimbəyov həbs olunmaqdan ehtiyatlanır, çünki faktiki olaraq o, atdığı addımları ilə özünü Azərbaycan üçün "arzuolunmaz şəxs" elan edib: "İkincisi isə layihənin müəllifləri Rüstəm İbrahimbəyovun namizədliyindən daha çox siyasi fiqurun namizəd olmasında maraqlıdırlar".
Həsən
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27