Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ali təhsil müəssisələrinə  yüksək balla qəbul olmuş tələbələrlə və həmçinin Qarabağ Universitetinə qəbul olmuş tələbələrlə görüşüb. 

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tələbə adını qazanan şəxsləri təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. 

Tələbə adını qazanmış şəxslər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildiriblər. Sonda tələbə gənclərə hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Xatırladırıq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin nəticələrinə görə Göygöl rayonundan 14 nəfər 600-dən yüksək bal toplayıb. Həmçinin bu tədris ilində rayonun məzunlarından 12 nəfəri Qarabağ Universitetinə qəbul olublar.

Göygöl rayonu üzrə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 600-dən yüksək balla qəbul olmuş tələbələrin siyahısı:

1. Həsənova Minayə Murad- 656
2. Mustafazadə Neman Eldəniz- 653
3. Əlizadə Maral Vüqar- 650
4. Mirzəyeva Aysun Vüsal- 643
5. Dünyamalıyeva Aynur Abbas- 638
6. Əliyev Fərid Əlastan- 632
7. Abdullazadə Nurəddin Yalçın- 630
8. Mövlayev Zaur Daşqın- 618
9. Rüstəmov Ramal Teymur- 615
10. Məmmədli Elvin Niyazi- 614
11. İsmayılova Nailə Həbib- 610
12. Ocaqverdiyeva Nazpəri Ocaqqulu- 602
13. Nağıyeva Leyla Bəxtiyar- 600
14. Heydərov Emin Zöhrab- 600

Göygöl rayonu üzrə 2024/2025-ci tədris ili üçün Qarabağ Universitetinə qəbul olmuş tələbələrin siyahısı:

1. Əliquliyeva Səbinə Elnur- 562 
2. Hüseynli Ülvi  İftixar- 540  
3. Abışov Eşqin Elbrus- 536.6 
4. Ələsgərova Təhminə Nəsimi- 523 
5. Mehdiyeva Könül Şahoğlan- 516
6. Qurbanova Elnadə Şavaqat- 481
7. Həsənova Fidan Adıgözəl- 471
8. Eyvazlı Gülər Ariz-457
9. İsmayılova Zəhra Camal- 447
10. Bəxtiyarova Fənarə Səfalan- 435
11. Salmanov Razim Ruslan- 424
12. Mütəllibov  Fərda  Tural- 307