Kilian Mbappe Millətlər Liqasında Fransa yığmasının Belçikaya qarşı keçirəcəyi oyunda meydanda olmayacaq.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yığmanın baş məşqçisi İspaniyanın “Real Madrid” komandasında çıxış edən 26 yaşlı hücumçuya istirahət verəcək və onu ehtiyat oyunçular skamyasında saxlayacaq.

Belçikaya qarşı oyunda heyətdə bəzi dəyişikliklər edəcəyi gözlənilir.

Qeyd edək ki, Fransa– Belçika matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.