Bu gün UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulacaq.

"Unikal" xəbər verir ki, bu gün A, B, C, D liqalarında ümumilikdə 9 oyun keçiriləcək. 

A Liqasının 3-cü qrupunda Niderland Almaniya ilə qarşılaşacaq. 

Qonşu Gürcüstanın yığması Albaniyanın qonağı olacaq.

UEFA Millətlər Liqası, 2-ci tur

10 sentyabr

A Liqası

3-cü qrup

22:45. Macarıstan - Bosniya və Herseqovina

22:45. Niderland - Almaniya

Xallar: Almaniya - 3, Niderland - 3, Bosniya və Herseqovina - 0, Macarıstan - 0

B Liqası

1-ci qrup

22:45. Albaniya - Gürcüstan

22:45. Çexiya - Ukrayna

Xallar: Gürcüstan - 3, Albaniya - 3, Ukrayna - 0, Çexiya - 0

2-ci qrup

22:45. İngiltərə - Finlandiya

22:45. İrlandiya - Yunanıstan

Xallar: Yunanıstan - 3, İngiltərə - 3, İrlandiya - 0, Finlandiya - 0

C Liqası

4-cü qrup

20:00. Latviya - Farer adaları

22:45. Şimali Makedoniya - Ermənistan

Xallar: Ermənistan  - 3, Şimali Makedoniya - 1, Farer adaları - 1, Latviya - 0

D Liqası

2-ci qrup

22:45. Andorra - Malta

Xallar: Moldova - 3, Andorra - 0, Malta - 0