“Zirə” yeni futbolçu transfer edib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, komanda Yusuf Lavalı heyətinə qatıb. Nigeriyalı vingerlə 2+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ölkəmizdə “Neftçi”də də çıxış etmiş 26 yaşlı futbolçu, həmçinin Belçikanın “Lokeren”, Portuqaliyanın “Arouka” klublarının formasını geyinib.