Norveç millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Martin Odiqaard zədələnib.

"Unikal" xəbər verir ki, 25 yaşlı futbolçu Millətlər Liqasının 2-ci turunun Avstriya ilə matçın (2:1) 67-ci dəqiqəsində sıradan çıxıb. Martin oyuna davam edə bilməyib və meydanı tərk edib.

Qeyd edək ki, Odiqaard 2014-cü ildən Norveç millisinin üzvüdür. O, 2021-ci ildən "Arsenal"ın formasını geyinir. Martin ötən mövsüm Premyer Liqada 35 matçda 8 qol vurub və 10 qolun ötürməsini verib. "Transfermarkt" portalı onu 110 milyon avro dəyərində qiymətləndirir.