Rüstəm İbrahimbəyovun
21:39 22-06-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyovun
Azərbaycana qayıdışı ləngisə...
Milli Şuranın iyunun 21-dəki sessiyası göstərdi ki, Rüstəm İbrahimbəyov Bakıya qayıtmadan müxalifətin hazırki kövrək birliyini qorumaq çətin olacaq.
"Atlas" Araşdırmalar Mərkəzi Rüstəm İbrahimbəyovun ölkəyə qayıdışı ilə bağlı şərhlə çıxış edib. Yazıda qeyd olunur ki, Rüstəm İbrahimbəyovun iyunun ortalarında verdiyi müsahibə müxalifət içində sualların sayını artırdı. Milli Şuradakı partiyalar, əsasən də Müsavat Partiyası və onun lideri İbrahimbəyovun Azərbayacana geri qayıtmaqdan ehtiyat etməsindən açıq-aşkar narazı idi. Ancaq İsa Qəmbər, AXCP sədri Əli Kərimli və El Hərəkatının lideri Eldar Namazovun görüşündən sonra Rüstəm İbrahimbəyov qəti qərar verməyə məcbur oldu. Bu görüşdən bir gün sonra Rüstəm İbrahimbəyov müraciət yayınlayaraq, həm müxalifətin vahid namizədi olacağına (bu dəfə "mənim başqa namizədim var" - fikrini səsləndirmədi) razılaşdı, həm də Azərbaycana qayıdıb mübarizənin başında dayanacağını bildirdi. Görünür, İbrahimbəyov özü də anladı ki, vaxtın uzadılması həm Milli Şuranın, həm də özünün əleyhinə işləyir.
Ancaq bir məsələ yenə açıq qalır: Rüstəm İbrahimbəyov nə zaman Azərbaycana qayıdacaq? O, Bakıya qayıtmamışdan əvvəl hələ Avropa Birliyi ölkələrində, həm də Türkiyədə görüşlər keçirmək istəyir. Demək, Rüstəm İbrahimbəyovun geri qayıdışı daha bir müddət ləngiyə bilər. Bu isə müxalifət içindəki fikir ixtilafını dərinləşdirə bilər. Bundan isə hakimiyyət istifadə etməyə çalışacaq. Hakimiyyət texnoloqları belə bir şaiyə yaya bilərlər ki, Rüstəm İbrahimbəyov Bakıya geri qayıtsa vaxtilə vergi ödəmədiyinə görə həbs oluna bilər. Belə olan halda İbrahimbəyovun geri qayıdışı sual altında olacaq. Çünki, özü də müsahibələrin birində söyləmişdi ki, Azərbaycana qayıdıb həbs olunmaq istəmir.
Hadisələrin bu istiqamətdə inkişafı halında müxalifət alternativ variant üzərində düşünmək məcburiyyətində qalacaq. Yəni Rüstəm İbrahimbəyovun yerinə bir başqasının vahid namizəd elan edilməsi gündəmə gələcək. Yeni alternativ namizəd də Rüstəm İbrahimbəyov kimi hansısa siyasi partiyaya mənsub olmamalı, müxalifətin bütün qanadlarından bərabər məsafədə olmalıdır. Ancaq belə bir şəxsi qısa müddətdə konsensus əsasında müəyyənləşdirərək, ona ümummüxalifət, daha sonra ümumxalq dəstəyini təmin etmək çətin olacaq. Yeni müzakirələr müxalifətin onsuz da azalan seçkiqabağı vaxtını aparacaq. Digər tərəfdən Milli Şura İbrahimbəyovun ideyasıdır və onun vahid namizədliyi ideyası ətrafında formalaşıb, onun özü Bakıda fəaliyyət göstərib Şuraya rəhbərlik etməyəcəksə, Şuranın hazırki formada mövcudiyyətini qoruması çətin olacaq.
Əli
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50