NATO-nun yeni baş katibi, Niderlandın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə məlumat Şimali Atlantika Alyansının saytında dərc olunub.
"1 oktyabr 2024-cü il çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatacaq. Onu Hollandiyanın keçmiş baş naziri cənab Mark Rutte əvəz edəcək”, - deyə məlumatda qeyd olunub.
Bundan əlavə, Brüsseldə baş katibin səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı rəsmi mərasimin keçiriləcəyi bildirilir. Yens Stoltenberq də iştirak edəcək.
Gülayə Mecid