Avropada İlham Əliyev bəyanatı
21:43 22-06-2013
CƏMİYYƏT
Avropada İlham Əliyev bəyanatı
"Biz insan haqları və demokratik inkişaf
sahəsində öz öhdəliklərimizə riayət edirik"
"Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur".Bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Jurnalistin sualını cavablandıran prezident Əliyev bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: "Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz.
Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir".Prezident qeyd edib ki, ölkədə hələlik seçki kampaniyası başlamayıb, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək.Prezidentin Avropada verdiyi bu bəyanat kifayət qədər ciddi və yerinə düşən bəyanat oldu. Çünki çoxları hesab edirdi ki, Avropada erməni lobbisinin təzyiqi ilə Azərbaycan prezidentinə təzyiqlər olacaq və prezident bir sıra məsələlərdə güzəştə gedəcək. Hətta bununla bağlı erməni lobbisi Avropada ciddi təbliğatda aparmışdı. Bu gün isə prezident açıqlamaları ilə deyilənləri alt-üst etdi. Bundan başqa İlham Əliyev bir daha Azərbaycanın siyasi xəttindən danışaraq açıq şəkildə bildirdi ki, Azərbaycan qərb yolundan imtina etməyəcək. "Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir".Bu fikirləri də Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompeylə keçirdiyi birgə mətbuat konfransında deyib. O xatırladıb ki, Azərbaycan və AB arasında əməkdaşlıq "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də davam etdirilir.
İ. Əliyev insan haqları sahəsi də daxil olmaqla, Azərbaycanın inkişafına dəstək verən Avropa institutlarına minnətdarlıq edib: "Bu dəstək yüksək dünya standartlarına uyğun islahatlar keçirilməsində Azərbaycana kömək edir".
Azərbaycan prezidenti görüş zamanı Azərbaycan və Avropa Birliyi arasında müxtəlif sahələrdə əməkdaşlığın, enerji layihələrinin və Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunduğunu söyləyib.
"Dağlıq Qarabağ problemi ədalətli həll olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz. Avropa Birliyi ATƏT-in Minsk Qrupu vasitəçilərinin səylərini dəstəkləyir".Bu sözləri isə Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey deyib. O, həmsədr ölkə başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda verdikləri bəyanatı alqışlayıb.
Van Rompey Azərbaycanı AB-nin vacib tərəfdaşı adlandırıb: "Biz enerji sahəsi də daxil olmaqla, əməkdaşlıqda çox şeyə nail olmuşuq və bundan daha artığına nail ola bilərik".
Ekspertlər hesab edir ki, İlham Əliyevin bu səfəri Avropa ilə Azərbaycan arasında yaranmış bir çox problemləri aradan qaldıracaq. Belə ki, son bir il ərzində erməni lobbisi Avropada kifayət qədər aktivləşmişdi və sistemli şəkildə beynəlxalq təşkilatların təzyiqi artırdı. Amma İlham Əliyev bu səfəri ilə prinsipial təzyiqləri sıradan çıxartdı.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27