"Qalatasaray" Macarıstan millisinin üzvü Roland Şallaini sıralarına cəlb edib.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayıb.
"Aslanlar" bu transfer üçün 6 milyon avro xərcləyiblər.
Qeyd edək ki, Şallai 2018-2024-cü illər aralığında Almaniyanın "Frayburq" klubunda çıxış edib.