Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.
"Unikal" xəbər verir ki, "Trident" komandasının pilotu Rixard Versxora kuboku gənclər və idman nazirinin müavini Mariana Vasileva təqdim edib.
"Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.
XXX
12:12
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
"Unikal" xəbər verir ki, mübarizəyə saat 11:35-də start verilib.
Sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.
"Prema Racing"dən Andrea Kimi Antonelli ikinci, "Art Grand Prix"dən Viktor Martins üçüncü pillədə yer alıb.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.