İlin sonuna qədər Ukrayna Danimarkadan F-16 təyyarələrinin daha bir partiyasını alacaq.
"Unikal" xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Trols Lund Pulsen deyib.
Avqustun əvvəlində o, Ukraynanın ilk təyyarəni aldığını təsdiqləyib. İndi onların sayı açıqlanmır, lakin Danimarka ölkəyə ümumilikdə 19 ədəd təyyarə tədarük edəcəyinə söz verib: "Danimarka F-16 qırıcılarının növbəti partiyasını 2024-cü ilin ikinci yarısında təmin edəcək".
Ağarza Elçinoğlu