Livan ərazisindən İsrailin şimal rayonlarına 10-dan çox raket atıldığı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mərmilərin əksəriyyəti Ramot-Naftali sərhəd yaşayış məntəqəsi istiqamətində atılıb.
Onların bəziləri İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, mərmilərdən biri kəndin ətrafına düşüb.
Ölən və yaralananlar barədə məlumat daxil olmayıb.