Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

"Unikal"ın məlumatına görə, Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.