“AST Telman”la Mübariz Mənsimov arasında “buzlar əridi”
19:33 25-06-2013
CƏMİYYƏT
“AST Telman”la Mübariz Mənsimov arasında “buzlar əridi”
İki iş adamı arasındakı soyuqluq necə aradan qalxdı?
Dünən məlum oldu ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali” şirkətinin nəzdində fəaliyyət göstərən "Palmarina" əyləncə adası yay mövsümünün açılışını edib.
Türkiyənin məşhur "hurriyet.com" portalının verdiyi məlumata görə, məşhur türk müğənnisi Ajda Pekan və rusiyalı ifaçı Nikolay Baskovun mahnıları ilə rəng qatdığı açılışa “Mardan Palace”ın sahibi, həmyerlimiz Telman İsmayılov və “Avatar” filmində baş rol ifaçısı Zoe Saldana da qatılıb. Təntənəli açılış mərasimindən sonra “Billionaire Club”da davam edən əyləncə gecə yarıyadək davam edib.
Açılış mərasimində ən diqqətçəkən şəxs heç də məşhur sənətçilər deyil, məhz “AST Telman” kimi tanınan Telman İsmayılovdur. Onun Mənsimovun əyləncə adasının açılışına qatılmasının xüsusi maraq doğurması isə indiyədək hər iki azərbaycanlı biznesmen arasında soyuqluğun olması barədə indiyədək ortaya atılan iddialardır.
Bu iddialar ilk dəfə 4 il əvvəl gündəmə gəlmişdi. Söhbət “AST Telman” tərəfindən Türkiyənin Antalya şəhərində tikilmiş otelin - “Mardan Palace”nin açılış mərasiminə Mübariz Mənsimovun qatılmamasından gedir. Xatırladaq ki, sözügedən dəbdəbəli otelin təmtəraqlı açılışı 23 May 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Beluççi, Şeron Stoun, Riçard Gir, Nursultan Nazarbayev və s. Kimi ünlü simalar iştirak etmişdir.
Tikintisi 1.4 milyard avroya başa gələn otelin açılışına həmçinin Türkiyənin iqtisadiyyat, biznes dünyasının ünlü nümayəndələri, Azərbaycandan da bir çox məşhurlar qatılmışdır. Amma Mənsimovun həmin törənə qatılmaması (ya ümumiyyətlə dəvət edilməməsi, ya da dəvət edilməsinə rəğmən iştirak etməməsi) belə iddiaların ortaya çıxmasına səbəb oldu ki, iki ünlü iş adamı arasında sərin rüzgarlar əsir. Buna səbəb kimi, “AST Telman”ın Rusiyadakı biznesini Türkiyəyə köçürdükdən sonra Mənsimova ortaqlıq təklif etməsinə rəğmən, “Palmali” prezidentinin bundan imtina etməməsi, hər iki biznesmenin turizm sektoru ilə bağlı hədəflərinin olması və bunun da onları rəqiblərə çevirməsi və s. göstərilirdi.
Amma indi “AST Telman”ın “Mardan Palace”nin açılışında gözə dəyməyən Mübariz Mənsimovun əyləncə adasının açılışına getməsi artıq onlar arasında soyuqluğun aradan qalxdığını deməyə əsas yaradır. Bu yaxınlaşmanın necə baş verdiyi isə maraq doğurur. Elə bu yaxınlaşmanın iki məşhur iş adamını ortağa çevirib-çevirməyəcəyi də!
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22