Şiə Hizbullah qruplaşması peycerlərin partladılması zamanı səkkiz döyüşçünün və komandirinin öldüyünü etiraf edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah üzvləri arasında yaralananların sayı barədə məlumat verilməyib.
Livanda peycerlərin partlaması sentyabrın 17-də axşam baş verib. Partlayışlar nəticəsində azı 4 min nəfər yaralanıb, onlardan 11-i ölüb, o cümlədən 8 yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlu həyatını itirib.
Livanın Səhiyyə Nazirliyi xəstəxanalarda fövqəladə rejim elan edib.
İlkin məlumatlara görə, partlayışlar İsrail kəşfiyyatının Hizbullah üzvlərinin peycerlərinə kiberhücumunun nəticəsidir.
Gülayə Mecid