Xəbər verdiyimiz kimi, Moskva Qarnizonu Hərbi Məhkəməsi keçmiş vəkil Elman Paşayevi həbs edib.
"Unikal"ın məlumatına görə, dələduzluq maddəsi ilə cinayət işi açılan Paşayevin həyat yoldaşı və vəkili media nümayəndələrinin suallarını cavablandırmayıb.
Qeyd edək ki, Hərbi məhkəmə dələduzluqda şübhəli bilinən keçmiş vəkil Paşayevi 2 ay müddətinə həbs edib.