Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

*** 09:11

Bakının Xətai rayonunda gənc oğlan bıçaqlanıb.

"Unikal" xəbər verir ki, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki bud və baldır nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.