Müxalifət dindar ovuna cıxıb
21:12 26-06-2013
CƏMİYYƏT
Müxalifət dindar ovuna cıxıb
Azərbaycanda dini ekstremizm və dözümsüzlük mühiti yaratmaqla hakimiyyət dəyişiklikləri etmək mümkün deyil
Müxalifət seçki ərəfəsində ciddi sosial baza qıtlığından əziyyət çəkir. Bunun səbəbləri bəllidir – bütün siyasi kampaniyalarda ardıcıl uğursuzluqlar və müxalif başçılara həm üzvlərin, həm də maliyyə qaynaqlarının etimadsızlığının dərinləşməsi. Ona görə də müxalif partiyalar tərəfdarlarının sayını heç cür artıra bilmirlər. Əksinə, onlar bu seçki öncəsi olan-qalan üzvlərini də itirə-itirə gedirlər. Buna görə də müxtəlif avantüralara baş vururlar ki, müəyyən təbəqələrin diqqətini ötəri də olsa cəlb edə bilsinlər. Amma aydın olur ki, müxalif başçılar elə bu cür avantüraları da qeyri-peşəkarcasına edirlər ki, bununla da açıq-aşkar ifşa olunurlar...
Bu ərəfədə müxaliflərin diqqət yönəltdikləri təbəqələrdən biri də dindar təbəqədir. Ənənəvi müxalifət bu seçkidə dindar təbəqənin diqqətini cəlb etmək üçün bir neçə dəfə uğursuz cəhdlər edib.
Dindar təbəqənin diqqətini cəlb etməyə çalışan müxalif qruplara misal olaraq AXCP-ni və Eldar Namazovun sədri olduğu EL hərəkatını göstərmək olar.
Eləcə də Müsavat Partiyası zaman-zaman dindarların diqqətini cəlb etməyə çalışıb. Yaxud da onlar “milli şura”ya dindar təbəqəni təmsil edən islamyönümlü qurumları və şəxsləri cəlb etmək üçün dəfələrlə müraciətlər ediblər.
Hazırda bu qüvvələr guya sosial şəbəkələrdə dindar elektoratın xoşuna gəlmək üçün dini şüarlar və videoçarxlarla çıxış edir, bəziləri özlərinə yalançı dini görkəm verib, digərləri isə (Eldar Namazov) dini icmalarla görüş təşkil etməyə çalışır. Amma qeyd edildiyi kimi, bütün bu cəhdlər qeyri-səmimidir, sünidir və uğursuz alınır.
Qeyd etmək lazımdır ki, birincisi, müxaliflərlə dindarların ideoloji yönümü uyğun gəlmir və tam ziddiyyət təşkil edir. Çünki istər rusiyameyilli, istərsə də qərbmeyilli müxaliflər dünyəviliklərini elan ediblər və əvvəllər də onlar açıqlama və fəaliyyətlərində dini təbəqədən hürkmələrini büruzə veriblər. Beləliklə, onların öz qurumlarına, eləcə bəzi funksionerlərinə dini imic vermələri çox süni və qeyri-səmimi görünür. Bir sözlə, müxaliflərin dindar təbəqə ilə yaxınlaşma cəhdləri və dini imicə bürünməsi “tülkünün Həccə getməsi” kimi anlaşılmalıdır. İkincisi, əslində burada da müxalifət qüvvələri xarici ölkələrdəki nəhs təcrübələrdən cəsarətləniblər. Onlar “ərəb baharı”nın məhz dini ekstremist qüvvələrin üsyana qalxması, ölkəni xaosa bürüməsi praktikasının Azərbaycanda da təkrarlamağa can atırlar. Amma unudurlar ki, dini ekstremizm həqiqi dindar təbəqəyə xas olan xüsusiyyət deyil. Azərbaycanda dini tolerantlıq hökm sürür. Azərbaycan insanları və dindarları digər ölkələrdəki kimi xaosa, ekstremizmə meylli deyil, sülhsevər və tolerantdırlar. Həmçinin Azərbaycan dövləti dünyəvi olsa da, ölkədə dini icmaların sərbəst inkişafına həmişə qayğı göstərilir. Bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadətləri ilə məşğul ola, dini həyat tərzlərini sürdürə bilərlər. Bu siyasət əsrlərdən bəri Azərbaycanda formalaşan, möhkəmlənən dini və eləcə də milli tolerantlıq mühitinə əsaslanır. Tarix də sübut edir ki, Azərbaycanda dini ekstremizm və dözümsüzlük mühiti yaratmaqla hakimiyyət dəyişiklikləri etmək mümkün deyil. Bir sözlə, buna səbəb və zəmin yoxdur...
Eləcə də bu cür dini qruplarla uğursuz yaxınlaşma cəhdləri həm də müxaliflərin beynəlxalq dəstəkdən məhrum olması kimi anlaşılmalıdır.
Onlar cəmiyyətdə qarşıdurma yaratmaq və hakimiyyət ehtiraslarını təmin etmək üçün dindar təbəqədən qarşıdurma tərəfi kimi yararlanmaq, bir vasitə kimi istifadə etmək istəyirlər.
Elə müxaliflərin bu çirkin niyyətini yaxşı anlayan dindarlar buna görə də müxalifətə inanmır. İndiyə qədər keçirdikləri mitinqlərdə də dindarlar onlara qoşulmayıblar.
Hər hansı bir məhəlli dindar aksiyası da tamamilə ayrıca və lokal tələblərlə keçirilib. Eləcə də “milli şura”da islamyönümlü qurumlar təmsil olunmadılar.
Hadisələri izləyənlər də bilirlər ki, dini qurum və partiya nümayəndələri öz tərəfdarlarına “milli şura”da təmsil olunmamaq üçün müraciətlər ediblər ki, bu da dindarların müxalifətə inamsızlığının əyani göstəricilərindəndir.
Aqşin
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27