"İnsanlar İlham Əliyevin namizədliyini dəstəkləyir"
21:13 26-06-2013
CƏMİYYƏT
"İnsanlar İlham Əliyevin namizədliyini dəstəkləyir"
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə görüşüb.
Prezident seçkilərinə hazırlıq proqramı çərçivəsində keçirilən görüşdə çıxış edən Əli Əhmədov ötən on ildə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi uğurlardan söhbət açıb. Bugünki görüşün məqsədinin seçki kampaniyasının yüksək fəallıq şəraitində keiçirilməsinə töhfə verməkdən ibarət olduğunu qeyd edən Əhmədov vurğulayıb ki, aparılan müşahidələr göstərir ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir: "Bunun böyük əsasları var. Çünki son 10 ildə İlham Əliyev Azərbaycanı siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etdirib, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri xeyli güclənib. Eyni zamanda Azərbaycan əhalisinin rifahı yüksəlib. Bu dəyişiklər hər birimizin gözünün önündə baş verib. İndi Azırbaycan vətəndaşları yeni həyat standartları çərçivəsində yaşayırlar".
Əhmədov qeyd edib ki, vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər: "Bu o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir ki, onlar daha yaxşı yaşamaq haqqında düşünürlər. Bugünki hökümət insanların yaxşı yaşaması, layiqli həyatı üçün bütün zəminləri yaradıb. Bu, İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur".
Əhmədov vurğulayıb ki, digər tərəfdən Azərbaycan müasirləşir, müasirləşmə siyasəti həyata keçirir.
YAP icra katibi onu da bildirib ki, sakitlik, əmin-amanlıq və dinclik də ən vacib elementlərdəndir: "Bütün bunlar olmasaydı, heç nə insan üçün əhəmiyyət kəsb etməzdi. Azərbaycanda bizim hamımızın həyatı üçün təmin olunan sabitlik və əmin-amanlıq bugünki Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.
Bütün bunların hamısının bir mənası var. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti İlham Əliyevin nazmizədliyini dəstəkləyir. İnsanlar inanırlar ki, növbəti beş il ərzində də Azərbaycan İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edəcək. İnsanlar gələcəyə hesablanmış ümidlərinin reallaşması üçün İlham Əliyevin namizədliyini dəstəkləyirlər".
Əhmədov onu da qeyd edib ki, qarşıdan gələn seçkilərdə YAP üzvlərinin hər birinin üzərinə böyük məsuliyyət düşür.
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17