Birinci xanımın namizədliyini irəli sürən partiyada - Qarşıdurma
21:15 26-06-2013
CƏMİYYƏT
Birinci xanımın namizədliyini irəli sürən partiyada - Qarşıdurma
"Qanunsuz addımlar atıblar"
Demokratik Azərbaycan Dünyası Partiyası adından ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlı mətbuat konfransı keçirib.
Partiya sədrinin müavini Ramiz Orucov bildirib ki, həmin bəyanatı yayan şəxslər DADP əleyhinə təbliğat aparan şəxslərdir:
“Demokratik Azərbaycan Dünyası Partiyası sırasında olan bəzi adamlar partiyadan qovulandan sonra onlar bizim partiyanın əleyhinə işə başlayıblar. Bu adamlar hətta dövlətin verdiyi qərara da qarşı çıxırlar. Qanunsuz addımlar atıblar. Biz onlarla bağlı aidiyyatlı orqanlara müraciət etmişik, amma tədbirlər görülmədiyi üçün biz özümüz bu mətbuat konfransını təşkil etdik. Hər bir insanın namizədliyi irəli sürüləndə onun razılığı alınmalıdır. Heç bir partiyanın belə bir ixtiyarı yoxdur. Ümumiyyətlə, Mehriban Əliyevanın namizədliyini irəli sürən qurumu, heç partiya da hesab etmək olmaz. Onların bəziləri bizim sıralarımızdan qovulan insanlardır”.
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyeva isə partiya ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirib. Partiya sədri deyib ki, partiyadan qovulanların əməlləri Demokratik Azərbaycan Dünyası Partiyasını nüfuzdan salmağa hesablanıb. Onları partiyadan kənarlaşdırdığımız üçün onlar bizi gözdən salmaq istəyirlər. Partiyanın rəhbərliyinə gələnə qədər partiyada qanunsuzluq idi.
Fatma Əliyeva qeyd edib ki, partiyadan qovulanlar möhürün saxta formasını düzəldib: “Məsələni bilməyən insanlar Sevda Qələndərova və digər qovulanları bizim partiya kimi qəbul edirlər. O qadını Söyün Sadıqov maliyyələşdirir və xarici vətəndaş olduğu üçün partiya sıralarından uzaqlaşdırılıb. Gürcüstan vətəndaşı olan bir insanın partiyaya üzvlük olmasına necə razı ola bilərdik?”
Gülnar
Digər Xəbərlər
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17