ABŞ prezidenti Co Bayden sentyabrın 26-da Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlarda ABŞ-nin Rusiyanın dərinliklərinə zərbələr endirməsi perspektivlərini müzakirə etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Bizim siyasətimizdir ki, ABŞ-nin verdiyi uzunmənzilli zərbə imkanlarından Rusiyadakı hədəflərə qarşı istifadə edilməməlidir və Prezident bu məsələ ilə bağlı siyasətini dəyişməyib. O, hələ də eyni fikirdədir. Lakin Ukrayna bu fikri dəyişməyi xahiş edir", - deyə Kirbi qeyd edib. 

Onun sözlərinə görə, Baydenin Zelenski ilə görüşündə bu məsələ qaldırılacaq.