Hafiz Məmmədovun xeyli pulu bata bilərdi
21:06 28-06-2013
CƏMİYYƏT
Hafiz Məmmədovun xeyli pulu bata bilərdi
"Bağlan Group" prezidentinin almaq istədiyi klubla bağlı şok qərar!
Azərbaycanın tanınmış iş adamlarından biri, "Bağlan Group"un prezidenti Hafiz Məmmədovun xeyli pulu havaya uça bilərdi. Söhbət onun almaq istədiyi fransız klubu ilə bağlı gözlənilməz qərardan gedir.
Belə ki, dünən Türkiyə mətbuatı xəbər yayıb ki, Fransanın "Lans" klubu haqda şok qərar çıxarılıb. Komandanın çıxış etdiyi II liqanın idarəetmə üzrə nəzarəti həyata keçirən milli komissiyası onun kənarlaşdırılmağı ilə bağlı qərar çıxarıb.
Buna səbəb kimi "Lans"ın vaxtında lazımı maliyyə təminatını təqdim etməməyi göstərilib. Bildirilir ki, komissiyanın keçirilən iclasında yalnız komandanın köhnə sahibləri iştirak edib. Çünki azərbaycanlı iş adamının da sırasında olduğu yeni rəhbərlik hələ klubun işlərini görə bilməz.
Klubun satışı ilə rəsmi sözləşmə yalnız iyulun 5-də həyata keçiriləcək. Bunadan 1 gün öncə isə komissiyanın yeni iclası keçiriləcək ki, orada yeni sahiblər bütün lazımı maliyyə təminatını təqdim etməlidir. Bundan sonra klub II liqaya qaytarılacaq.
Qeyd edək ki, "Lans" baş məşqçi postuna az öncə yerli mütəxəssis Antuan Kombuareni təyin edib.
Ekspertlər düşünür ki, əgər belə bir qərar "Hafka" ləqəbli azərbaycanlı biznesmenin kluba sərmayə yatırmasından sonra verilsəydi, faktiki olaraq "Bağlan Group" prezidentinin pulları havaya uçmuş olacaqdı. İkinci ehtimal isə odur ki, "Lans" haqqında qərarın ləğvi üçün daha çox pul xərcləmək lazım gələcəkdi.
Dünən bəzi mənbələrdən aldığımız məlumatda, artıq "Hafka"nın adıçəkilən klubu almaqdan imtina etdiyi deyilir. Dəqiqləşdirilməmiş həmin məlumatda azərbaycanlı iş adamının Avropada klub almaqda israrlı olduğu, odur ki, "Lans" olmasa belə, başqa bir köklü kluba sərmayə qoya biləcəyi qeyd edilir.
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41