İspaniya millisinin və "Barselona" klubunun sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı ulduz oyunçunun qərarını oktyabrın 8-də açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Andres İnyesta 1996-2018-ci illərdə “Barselona”nın şərəfini qoruyub. O, Kataloniya təmsilçisinin heyətində 674 matçda iştirak edib, 57 qol və 136 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" komandası olub.