Mingəçevirdə avtomobil piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə Qələbə meydanı yol dairəsində baş verib. Belə ki,"Toyota" markalı minik maşını 1966-cı il təvəllüdlü Əhmədov Məhəmməd  Oruc oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov