30.09.2024-сi il tarixində saat 20:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (kişi cinsi) halsızlıq, yüksək hərarət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri reanimasion tədbirlərin göstərilməsinə baxmayaraq, saat 21:50-də ölüm faktı qeydə alınıb.
***
09:28
Şəmkir sakini dərman şokundan xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, sentyabr 30-u saat 21 radələrində Şəmkir şəhər sakini 1984-cü il təvəllüdlü Qoşqar Əliyev xəstəlikdən xəstəxanaya müraciət edib.
O, xəstəxanada dərman şokundan ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən aparılır.
Tural Əhmədov