Moskvada vahid namizəd küləyi
21:12 28-06-2013
CƏMİYYƏT
Moskvada vahid namizəd küləyi
Müsavat proseslərin sonunu gözləyir
"İlkin razılaşma və məsləhətləşmələrin harada olması Müsavat Partiyasında heç bir narahatlıq yaratmır". Bunu açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı "El" Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Moskvada Rüstəm İbrahimbəyovla vahid namizəd məsələsinin müzakirəsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hər bir partiya və şəxs ilkin müzakirələri hər yerdə apara bilər. "Yekun qərarlar Milli Şuranın sessiyasında veriləcək. Müsavat Partiyası demokratikdir, buna görə də kimlərinsə hardasa bir məsələni müzakirə etməsi bizdə qıcıq yaratmır" deyə vurğulayıb. Müsavat rəsmisi daha sonra əlavə edib: "Qoy kiminlə istəyirlər məsləhətləşsinlər, öz qərarlarını müəyyənləşdirsinlər". Başqan müavini bildirib ki, Milli Şuranın sessiyasında son qərar verilərkən Müsavat Partiyası da öz mövqeyini sərgiləyəcək. Amma ekspertlər məsələnin bu qədər sadə olması fikrində deyillər. Belə ki, Rüstəm İbrahimbəyovun Azərbaycanın bir addımlığına, Moskvaya gəlib, amma Azərbaycana bir günlükdə olsa gəlməməsi ciddi ziddiyətləri ortaya çıxarır. Ekspertlər bunun başlıca səbəbinin Rüstəm İbrahimbəyovun qorxaqlıq etməsində olduğunu söyləmələri idisə, hazırda aydın olur ki, məsələnin kökündə başqa detallarda var. Bunlardan birincisi isə hələ rəsmi Moskva ilə Rüstəm İbrahimbəyovun ortaq məxrəcə gələ bilməmələridir. Belə ki, Milli Şuranın yaradılması və vahid namizədin müəyyənləşməsi məsələsi Rusiyanın projesi olsada Moskva hələ ki, son qərarını verməyib. Çünki hazırda Milli Şura üzvü olan partiyalar faktiki Rüstəm İbrahimbəyovun namizədliyini qəbul edir. Amma Rusiya bilir ki, Azərbaycan cəmiyyətinin yalnız elitası Rüstəm İbrahimbəyovu tanıyır və seçkilərdə bu 0,002 faiz səs belə etməyəcək. Yəni Rüstəm İbrahimbəyov nə qədər tanınmış fiqurdursa, bir o qədər də siyasətdə ümumiyyətlə olmayan, Azərbaycan cəmiyyətinə yad şəxsdir. Və Rusiya Rüstəm İbrahimbəyov timsalında mövcud hakimiyyətə heç bir təzyiq edə bilməyəcək. Buna görə hazırda rəsmi Kreml digər variantlar üzərində düşünür ki, bunlardan biri də baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. Amma Abbas Abbasovda hələ ki, stabil xətt yürütmür. Bir tərəfdən bəyan edir ki, İlham Əliyev siyasətinə sadiqdir, bu biri tərəfdən isə Azərbaycan hakimiyyətinə qarşı sərt bəyanatlar verir. Ekspertlər hesab edir ki, Abbas Abbasov nə qədər Azərbaycan hakimiyyətinə bağlıdırsa, bir o qədərdə Rusiya təsirindədir və onun Rusiyada ağılasığmaz sərvətləri var. Amma o, təhlükəli oyuna hələ ki, qatılmağa tam risk etmir. Hazırda Moskvada aparılan danışıqlarda da məhz bu problemin çözülməsi müzakirə olunur. Ekspertlər bunu da bildirir ki, hazırda rəsmi Kremlin qurduğu oyunu AXCP tam olaraq qəbul edir və sabah Rüstəm İbrahimbəyovun yerinə, şimaldan başqa namizəd təqdim olunarsa AXCP onu da qəbul edəcək. Yeganə problem isə Müsavatdır. Ekspertlər hesab edir ki, Müsavatda bilir ki, Rüstəm İbrahimbəyov prosesdə sona qədər qala bilməyəcək və buna görə onun namizədliyini dəstəkləyirlər. Amma sabah başqa namizəd gündəmə gələrsə Müsavat artıq şərtin pozulduğunu bəyan edərək seçkilərə öz namizədi, İsa Qəmbərlə gedəcək. Bu səbəbdən də hazırda Milli Şura ilə yanaşı Müsavat İsa Qəmbərin seçki qərargahını da yaradıb və işlər davam etdirilir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 12:43:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35