Milli Şuranın ABŞ fiaskosu
21:13 28-06-2013
CƏMİYYƏT
Milli Şuranın ABŞ fiaskosu
Rəsul Quliyevdən imtina bəyanatı
Milli Şura daxilində növbəti fikir ayrılığı ortaya çıxdı. Bundan öncə isə Milli Şuraya yeni üzvlərin qəbulu zamanı Sülhəddin Əkbər və İsgəndər Həmidov cuddi etirazlarını bildirmişdilər və Sülhəddin Əkbər bəyan etmişdi ki, kimsə arxasına 5-10 adam yığıb bura gətirəcəksə, onlar burada qalmayacaq. Müsavat başqanı İsa Qəmbər isə özlüyündə bildirmişdi ki, kim gedirsə yolu açıqdır.
Bununla aydın olmuşdu ki, ACP ilə Müsavat bir təşkilatda birləşsələrdə aralarında ciddi ziddiyətlər hələ də qalır. Bundan başqa Milli Şuradakı dindarlarda bir sırada olduqları qüvvələri artıq qəbul edə bilmir və aralarında bir neçə dəfə anlaşılmamazlıqlar açıq şəkildə gündəmə gəlmişdi. Məhz bundan sonra islamçılardan biri ümumiyyətlə Milli Şuranı tərk etdi. İndi isə Milli Şurada növbəti gərginlik yaranıb. "Bizim ABŞ-a səfərimiz nəzərdə tutulmur". Bunu açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri (ACP) Sülhəddin Əkbər deyib.
O bildirib ki, Milli Şuranın bir qrup üzvünün ABŞ-a səfəri yalan informasiyadır: "Belə bir səfər yoxdur. Nə qədər demək olar ki, elə bir şey yoxdur, biz hansı səviyyədə təkzib verməliyik ki, inansınlar".
"El" Hərəkatının İdarə Heyətinin sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev isə bildirib ki, ABŞ-a səfər planlaşdırılır, lakin səfərin baş tutacağı dəqiq deyil: "ABŞ-a səfər nəzərdə tutulub. Lakin səfərin baş tutub-tutmayacağı barədə dəqiqi nəsə demək mənim səlahiyyətimdə deyil. Səfər alına da bilər, alınmaya da...".Qeyd edək ki, Milli Şurada təmsil olunan partiya sədrlərinin iyulun 10-da ABŞ-a səfər edəcəkləri barədə mətbuata məlumat verilib. Milli Şuranın üzvü, ACP lideri Rəsul Quliyev isə bu xəbəri təkzib edib.Ekspertlər bildirir ki, əslində bu görüşün baş tutmamasının bir sıra özəl səbəbləri var. İlk səbəblərdən biri budur ki, görüşlə bağlı xəbər yayılanda, ALP lideri Lalə Şövkət Hacıyeva bəyan etdi ki, o ABŞ-a getməyəcək. Müşahidəçilər bildirir ki, Lalə Şövkət Hacıyeva illər öncə dövlət katibi postundan istefa verəndə məhz o zamanlar spiker olan Rəsul Quliyevlə problemlər yaşamışdı və onu korrupsioner adlandıraraq istefa ərizəsini yazmışdı. Bu gün isə o, məhz Rəsul Quliyevin ayağına gedərək orda Milli Şura liderlərinin görüşünün təşkilinin əleyhinə olmuşdu. Bundan sonra aydın oldu ki, xarici pasportu olmayan AXCP sədri Əli Kərimlidə ABŞ-a getməyəcək. Belə olan halda İsa Qəmbərlə görüşə demək olar ki, aparıcı liderlərdən yalnız İsa Qəmbər gedə bilərdi. Amma məlumdur ki, ACP, daha doğrusu Rəsul Quliyev Müsavatı və konkret olaraq İsa Qəmbəri hər zaman sərt tənqid edərək AXCP ilə əməkdaşlıq edir. Amma bu görüş olardısa masa arxasında İsa Qəmbərlə Rəsul Quliyevdən başqa heç kəs əyləşməyəcəkdi. Onların bir araya gəlməsinin isə artıq heç bir mənası qalmır. Görünür bunu nəzərə alan Rəsul Quliyev ümumiyyətlə görüşün təşkilatçılığından imtina edib. Müşahidəçilər bunu da bildirir ki, çox qəribədir ki, görüş mövzusu gündəmə gələn kimi Rüstəm İbrahimbəyovda bəyan etdi ki, o artıq ABŞ-da işlərini bitirib və təcili yenidən Avropaya getməlidir. Beləliklə nəzərdə tutulan möhtəşəm görüş alınmadı.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35