İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib.
Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb. Səlahiyyətlilər sakinlərə çay vadilərindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib.
Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub.
"Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.
Gülayə Mecid