Ermənistan Silahlı Qüvvələri Hindistan tərəfindən tədarük edilən altı ədəd ATAGS 155mm/52 çaplı artilleriya qurğusunun sınaqlarını başa çatdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları Qanadının (IDRW) saytı məlumat yayıb.
Məlumata görə, artilleriya sistemi ölkənin müxtəlif məntəqələrində keçirilən bütün əməliyyat sınaqlarından keçib. Qeyd olunur ki, altı ədəd ATAGS 155 mm/52 artilleriya sisteminin partiyası erməni tərəfinin müraciəti əsasında erməni dilində proqramlaşdırılıb.
Sınaqların uğurla başa çatması Ermənistana Hindistanın Kalyani Groups istehsalçısından daha 84 ədəd ATAGS artilleriya qurğusu almaq prosesinə başlamağa imkan verib.
Ağarza Elçinoğlu