Birləşmiş Ştatlar İranın neft obyektlərinə İsrailin zərbələri də daxil olmaqla, İranın iri raket hücumuna cavab vermək variantlarını İsraillə müzakirə edir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
"Biz bunu müzakirə edirik", - deyə Bayden jurnalistlərə açıqlayıb.
ABŞ prezidentinin bu bəyanatından sonra dünya bazarında neftin qiyməti qalxıb və Yaxın Şərqdə gərginliyin artması treyderləri neft tədarükünün mümkün pozulmalarından narahat edib.
Bununla belə, Bayden vurğulayıb ki, onun fikrincə, Yaxın Şərqdə tammiqyaslı müharibə olmayacaq. Onun sözlərinə görə, Yaxın Şərqdə müharibənin baş verməməsi üçün daha çox işlər görülməlidir.
Ağarza Elçinoğlu