İranın yerin dərinliklərində yerləşən nüvə obyektləri “adi bombalar”la tamamilə məhv edilə bilməz və İsrailin qaya parçalayıcı bombaları onlara ancaq böyük ziyan vura bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşrin məlumatına görə, ekspertlər hesab edir ki, İranın mərkəzində qərbdən Zaqros dağları ilə əhatə olunan Nətənz nüvə obyekti yerin dərinliklərində yerləşir və bunkerdağıdan bombaların ona ciddi ziyan vurması çətindir. Nüvə təhlükələri qrupu bildirir ki, Nətənz nüvə bazası iki mərtəbədə 50 min tutumlu sentrifuqaların yerləşdirildiyi zirzəminin üç mərtəbəsində qurulub. Nətənz bazasında həm də yerin üstündə 6 mərtəbəli mərkəz var.
Mərtəbələrdən ikisi 2,5 km əraziyə malikdir və qaz sentrifuqalarının yığılması üçündür. "Janes Satellite Image Analysis Center" bildirir ki, dörd aylıq peyk görüntülərini təhlil edərək, bu bazada tikintinin davam etdiyi qənaətinə gəlib.
Qərb və şərq tunellərinin girişlərində yıılan torpağın həcminə görə, nüvə obyektlərinin 80-100 metr dərinlikdə tamamlandığı təxmin edilir.