Hazırda Rusiyadan kənarda yaşayan keçmiş yumor ustası Dmitri Romanov iyulda doğulan qızı üçün vətəndaşlıq planları ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, Romanovun sözlərinə görə, o, bu yaxınlarda uşağına beş vətəndaşlıq verilməsi prosesinə başlamaq üçün Lissabona gedib.
“Qızımın beş vətəndaşlığı olacaq, bu mənim hobbimdir”, - deyə aktyor sosial şəbəkədə yazıb.
Qeyd edək ki, kareyrasına son qoyan Romanov özü Rumıniya vətəndaşı olmaq istəyir.