Cənubi Koreya ölkə ərazisindəki ABŞ qoşunlarının saxlanmasına çəkdiyi xərci 2026-cı ildən 8,3 faiz artıracaq.
"Unikal" xəbər verir ki, Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ABŞ hərbi kontingentinin saxlanma xərclərinin bölüşdürülməsinə dair tərəflər arasında son 5 ayda 8 mərhələdən ibarət müzakirələrin yekunu olaraq belə qərar qəbul edildiyini açıqlayıb.
2026-2030-cu illəri əhatə edən razılaşmaya əsasən, Cənubi Koreya hər il ABŞ qoşunlarının saxlanılmasına 1,52 trilyon von (1,14 milyard ABŞ dolları) vəsait ayıracaq. Hazırda bu rəqəm 1,4 trilyon vondur.