İtaliya millisinin sabiq kapitanı Alessandro Del Pyeronun qızı Dorotea “Yuventus”a keçib.
"Unikal" xəbər verir ki, 2009-cu il təvəllüdlü oyunçu Turin klubunun qadınlardan ibarət U-17 komandasında çıxış edəcək.
Qeyd edək ki, 1993-2012-ci illərdə "Yuventus"un formasını geyinmiş Del Pyero 290 qolla klub tarixinin bombardiridir. O, 2006-cı ildə İtaliya millisinin heyətində Almaniyada keçirilmiş dünya çempionatının qalibi olub.