Roskomnadzor (RKN) Rusiyada qanuni tələbləri pozduğuna görə Discord platformasını bloklayıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidmətindən məlumat verilib.
“Discord messencerinə giriş terror və ekstremist məqsədlər üçün istifadənin qarşısını almaq, vətəndaşların onları törətmək üçün cəlb edilməsi, narkotik vasitələrin satışı, qeyri-qanuni məlumatların yerləşdirilməsi ilə əlaqədar Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb," - mətbuat xidmətindən bildiriblər.