"Atletiko Madrid" klubu stadionun adını Səudiyyə Ərəbistanından olan bir aviaşirkətə satıb.
"Unikal" fanat-a istinadən xəbər verir ki, İspaniya nəhənginin stadionu bundan sonra “Riyadh Air Metropolitano” adlandırılacaq. Ərəblərlə müqavilənin müddəti 2033-cü ilə qədərdir. Madrid klubu ad dəyişdirilməsinə görə 250-300 milyon avro alacaq.
Bundan əvvəl "Atletiko" öz arenasının adını Çinin "Wanda" və İspaniyanın "Cívitas" tikinti şirkətinə satmışdı.